Dəməşq raket atəşinə məruz qaldı

Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Dəməşqə raket hücumunu dəf edib.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi bildirib.

Məlumata görə, paytaxt səmasında partlayış səsləri eşidilib.

Qeyd edilir ki, Hava Hücumundan Müdafiə Qüvvələri raketlərin əksəriyyətini hədəfə çatmadan vurmağa müvəffəq olub. Agentliyin məlumatına görə, atəş Holan yüksəkliklərindən açılıb.

Eyni zamanda İsrail Ordusunun nümayəndəsi Avihay Adrey özünün “Twitter”dəki səhifəsində yazıb ki, ölkənin silahlı qüvvələri Dəməşqin cənubunda "İslam cihadı" qruplaşmasına aid olan terror obyektlərinə bir sıra zərbələr endirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar