Avstriya İtaliya ilə sərhədini bağladı - Koronavirusa görə

İtaliyada koronavirusa yoluxanların sayının 100-ü keçməsi Avstriyanı İtaliya ilə sərhədini bağlamağa məcbur edib.

“Report”un Avropa bürosunun məlumatına görə, Avstriya hətta qonşu ölkə ilə dəmiryolu nəqliyyatını da dayandırıb. Ötən gün Venesiyadan Münhenə gedən Almaniya Dəmiryollarına aid qatar iki koronavirusa yoluxduğu ehtimal olunan qadına görə sərhəddəki Verona stansiyasında saxlanılıb.

Dərhal xəstəxanaya aparılan iki qadında “Fever simptomları” və şiddətli öskürək müəyyən edilib. Koronavirus testindən keçirilən qadınlarda nəticə mənfi olaraq qeydə alınıb.

Qatar iki qadın sərnişin olmadan yoluna davam etsə də, Brenner stansiyasında yenidən durdurulub. “Eurocity 1288” nömrəli qatarda olan 500-ə qədər sərnişin Avstriya səlahiyyətlilərinin irəliləməyə davam etməsi üçün yaşıl işıq yandırmasını sərhəd keçidində saatlarla gözləməli olublar. Qatar 4 saat gecikmə ilə Münhenə gəlib. Qatardan düşən sərnişinlərin qoruyucu maskalarla olması diqqət çəkib.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, İtaliyadan gələn sərnişinlərin heç biri koronavirusa görə qeydiyyata alınmayıb. Onlar məhdudiyyət olmadan stansiyanı tərk ediblər.

Digər tərəfdən, Almaniya-Avstriya sərhədinin bir neçə saat içidə açılması gözlənilir. Artıq iki ölkənin dəmiryollarında qatar reyslərinin qrafikinə düzəliş edilib.

Məlumat üçün bildirək ki, koronavirus çərşənbə günündən bəri İtaliyanın şimalında sürətlə yayılıb. Bazar gününə qədər 150-dən çox insan bu virusa yoluxub, üç xəstə ölüb və onlarla insan xəstəxanaların reanimasiya şöbələrinə yerləşdiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar