Maliyyə Nazirliyində kadr dəyişikliyi

Maliyyə Nazirliyinə məxsus “Məlumat Hesablama Mərkəzi” MMC-nin direktoru Əbdül Dadaşov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elnur İbrahimova həvalə olunub.

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 1996-cı ildə, 6 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas məqsədi maliyyə proseslərinin idarə edilməsini təkmilləşdirməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar