Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon Vergilər şöbəsinin sabiq direktoru Valeh Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 3-ə təyin edilib.

Qeyd edək ki, ötən ilin mayında Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, Ağdam rayon Vergilər şöbəsinin direktoru Valeh Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə, ümumilikdə, 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (Vəzifə saxtakalığı) maddələri ilə ittiham verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar