Geoloji-kəşfiyyat işlərinə sərf olunan vəsait ötən il kəskin artıb

Ötən il Azərbaycanda yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 mln. manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxalması hesabına baş verib. Aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9% neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 126,1 mln. manat xərclənib.

Qeyd edək ki, 2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7%, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1% çox vəsait sərf edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar