Bu gün şəhid olan əsgərimiz məcburi köçkün imiş - FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var.

Vəliyevlər ailəsi 1994-cü ildən Zərdab rayon Su-Kanal İdarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzunmüddətdir xəstəlikdən əziyyət çəkir.

Hazırda ailə şəhidin nəşinin gətirilməsini gözləyir. İ.Vəliyevin Zərdab rayonunun Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.

Xatırladaq ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

t.ədalət 2020-02-24 14:41:25

erməni özbaşına deyil ki,axmaqlıq edib bizim əsgərləri öldürsün.Burda Rusiyanın əli var.Rusiya aralığa "sülh məramlı" deyilən işğalçı ordusunu yerləşdirmək üçün qan-qadanın dayanmasına imkan vermir.Nə qədər ki ,biz əsil düqşmənin adını çəkməyəcəyik,Polad Bülbüloğlu kimi hadisələrdən,guya,"demokratik rusiyanın" xəbəri yoxdur deyəcəyik,o qədər də ərazilərimiz günahsız insanlarımızın nəşi ilə qəlbimizi göynədəcək..

Son yazılar