"And içirəm ki, koronavirusa yoluxmamışam" - İran XİN başçısı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı ilə görüşdə maraqlı hadisə yaşanıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, İran XİN başçısı Aleksandr Şallenberqlə görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”. - o qeyd edib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar