Azərbaycandan İrana uçuşlar davam etdiriləcək

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidməti bildirir ki, "Buta Airways" aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Bu barədə "APA-Economics"ə AZAL-dan bildirilib.

"O cümlədən, aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "Iran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq", - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcək.

635x100

Şərhlər

Mubariz 2020-02-24 17:33:32

İrana ucuslarin dayandirilmadir,cunki bunun ucun muhum əsas vardir.Buda İranda koronavirus epidemiyasiinin süretle yayilmasidir.Allah ölkemizi ve butun Türk dunyasini qorusun.Amin.

t.ədalət 2020-02-24 14:55:55

Təəssüf ki Azərbaycan xalqının həyatını qazanc müqabilində heçə sayanlarla bir ölkədə yaşayırıq.C.Əsgərov unudur ki,bütün idarə və təşkilatlar Azərbaycan hökumətinə tabedir və hökumətin qəbul etdiyi karantin tədbirlərinə əməl etmək hamının borcudur.C.Əsgərov öz çıxışı ilə,bir növ Azərbaycan hökumətinə də meydan oxuyur..

Son yazılar