Çində koronavirusa 195 təkrar yoluxma qeydə alınıb

Çinin Hubey əyalətinin Uhan şəhərində koronavirusa 195 təkrar yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, təkrar yoluxma halı qeydə alındıqdan sonra şəhər rəhbərliyi tərəfindən bütün sağalmış xəstələr üçün məcburi qaydada əlavə 14 günlük karantin tətbiq olunub.

Koronavirusa təkrar yoluxmanın səbəbləri barədə hər hansı məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar