Martın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Qərbi Avropa ölkəsi olan Lüksemburqda martın 1-dən etibarən ictimai nəqliyyat pulsuz olacaq.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu tətbiqə qatar, tramvay və avtobuslar şamil ediləcək.

Beləliklə, Lüksemburq icimai nəqliyyat pulsuz olduğu ilk ölkə olacaq.

Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir.

Qeyd edək ki, ictimai nəqliyyatın pulsuz edilməsi 2018-ci ildən bəri planlaşdırılır. Bu, tətbiq ölkəyə illik 41 milyon avroya başa gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar