MSK DAHA 7 DAİRƏ ÜZRƏ ŞİKAYƏTLƏRƏ BAXDI - Deputatın dairəsində nəticəsi ləğv olunan məntəqələrin sayı 13-ə çatdı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki ( 23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsindən namizəd Başxanım Abbasovanın müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

“68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələri normal tələblərə uyğun şəkildə işləməyib”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, həmin məntəqə seçki komissiyalarının hər ikisi ciddi şəkildə nəzarətə götürülüb: “Onlar barədə ciddi ölçü götürüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Dadaş Əhmədlinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:

“Müraciətlə əlaqədar hərtərəfli araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd Qiyas Sadıqovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (28 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd Mütəllim Rəhimovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb”.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə olan görüntülər çox ciddi şəkildə araşıdırlır.

O qeyd edib ki, MSK-da araşdırma zamanı dairə üzrə 1 seçki məntəqəsində pozuntu aşkarlanıb.

İclasda daha sonra həmin dairənin 1 seçki (21 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Anar Əsədlinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Ərizəçi dairə üzrə 1-59-a qədər olan pozuntularla bağlı mülahizələrini qeyd edib. Şikayətçi tərəfindən təqdim olunan iki protokolla rəsmi protokollar arasında ciddi fərq aşkar edilib. MSK-da araşdırma zamanı dairə üzrə iki seçki məntəqəsində pozuntu aşkar edilib”.

MSK sədri Məzahir Pənahov çıxışında qeyd edib ki, seçki dairəsi protokolları nəzərə almadığına görə cəzalandırılmalıdır.

İclasda iştirak edən namizəd Anar Əsədli çıxışında bildirib ki, MSK-ya dairə üzrə 31 məntəqəni əhatə edən 109 videofakt təqdim edilib:

“Məntəqə sədrləri protokol verməkdən imtina ediblər. Biz bununla bağlı görüntüləri sizə təqdim etmişik. Məntəqə sədrləri tərəfindən dairəyə protokolları möhürsüz, ağzı açıq şəkildə kisələrdə gətiriblər. Biz ümumilikdə 8 məntəqədən protokol əldə edə bilmişik, digərlərindən isə bizə protokol təqdim edilməyib. Bununla bağlı MSK-nın “Qaynar xətti”nə də müraciət etmişik.

İclasda daha sonra həmin dairənin 2 seçki (48 və 50 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Bununla da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə nəticəsi ləğv olunan məntəqələrin sayı 13-ə çatıb.

Bu dairənin lider namizədi İmamverdi İsmayılovdur. O, hazırda Milli Məclisin deputatıdır.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

635x100

Şərhlər

Ağali 2020-02-28 19:54:54

Məzahir müəllim, 113 DSK-nın sədri Rəhman Qədirzadə misli görünməmiş var-dövləti hardan əldə edib ? Onun əməllərinə hüquqi qiymət verilsin ?

Elli 2020-02-24 21:14:06

təzədən seçki keçirilməlidir

Əvəz 2020-02-24 18:58:23

Bir qıraqdan süçki nəticələri ləğv edlirs belə seçkini necə legitim saymaq olar? Seçki bir mənalı olaraq ləğv edilməlidir Bu daha humanist addm olar.ü

Son yazılar