“NBC Lizinq”in rəhbəri və təsisçilərinin pay bölgüsü dəyişib

“NBC Lizinq” MMC-nin direktoru Elnur Əhmədov vəzifəsini tərk edib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, onu Orxan Mirzəyev əvəz edib. Yeni direktor bundan əvvəl “NBC Bank”da çalışıb.

Yeri gəlmişkən, bu ay “NBC Bank” “NBC Lizinq”dəki payını 20%-dən 40%-ə çatdırıb. Əvəzində digər təsisçi – “Nurgun Group” MMC (“NBC Bank”ın 6%-lik səhmdarı) payını 80%-dən 60%-ə endirib.

Xatırladaq ki, “NBC Lizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 950 manatdır. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar