Çin koronavirusa qarşı effektli dərman tapıb - Səfir preparatın adını açıqladı

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Çin hakimiyyəti ölumcül koronavirusa qarşı vaksin yaradıldığını bəyan edib. Preparat ilkin olaraq özünü effektli götərib. Bu barədə Çin Xalq Respublikasının (ÇXR) Rusiyadakı səfiri Çjan Xanxueya bəyan edib.

Diplomat xəbər verib ki, yeni preparatın özünü yaxşı tərəfdən göstərməsinə baxmayaraq, onu təkrar yoxlamağa və üzərində işləməyə ehtiyac var.

Səfir həm də danışıb ki, xloroxin fosfatdan onillliklər uzunu malyariyaya qarşı istifadə olunub və artıq koronavirusa qarşı da özünün effektliliyini göstərib.

Bundan əvvəl Çin rəsmi olaraq etiraf edib ki, hələ SSRİ dövründə hazırlanmış virus əleyhinə «Arbidol» preapratı koronavirusa qarşı effektli dərmandır. O, Çində virusdan ilkin müalicə işində «altıncı versiya»ya daxil edilib. Bu zaman söhbət heç də Rusiya itehsalı «Arbidol»dan getmir.

Məsələ burasındır ki, onun istehsalı üçün verilmiş patent 2007-ci ildə müddətini başa vurub. Hazırda «Arbidol» həm də Rusiya sərhədlərindən kənarda istehsal olunur. Məsələn, Çində onu 6 böyük dərman şirkəti istehsal edir. Latınca yazılarkən, bu dərmanı bəzən «Abidol» da adlandırırlar. 

635x100

Şərhlər

Mubariz 2020-02-25 09:16:44

Alimlər müəyyən ediblər ki, həmin dərmanlar heç biri xəstəlikləri sağaltmır BAKI, 8 dek — Sputnik. Uzun illər aparılan araşdırmalar nəticəsində alimlər, adları hamıya məlum olan bir sıra məşhur preparatların pasientlərin sağalmasına heç bir təsir göstərmədiyini müəyyən ediblər. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bu siyahıya liderliyi, yaxşı tanış olan "Arbidol" ("İmmustat"ın analoqu) edir. Read more: https://sputnik.az/health/20161208/408008278/derman-preparat-xestelik-effekt.html

Son yazılar