Ləman Ələşrəfqızının müraciəti əsasında 3 məntəqədə nəticələr ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Ləman İsmayılovanın (Ələşrəfqızı) müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, L. İsmayılova müraciətində səsvermə günü 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyi, seçki qutularına topa bülletenlər atıldığı iddia olunub. Namizəd müvafiq dairədə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.

A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 29, 30 və 43 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin 29, 30 və 43 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aqiyə Naxçıvanlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar