Bakıxanovda piyadanı vuran sürücü qaçıb

Paytaxtda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2003-cü il təvəllüdlü İbişov Elvin Ağabəy oğlunu minik avtomobili vurub.

17 yaşlı gənci vuran sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil biləyin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar