Koronavirus Avropa iqtisadiyyatını da çökdürür - “Zərərçəkənlər” arasında “Yuventus” klubu da var

Bütün dünyanı təhdid altında saxlayan koronavirusun növbəti “qurbanı” Avropa Birliyi öllkələridir. “AzPolitika.info” xəbər verir ki, “Bloomberg” agentliyi hazırda Avropa fond bazarlarının 2016-cı ildən bu yana ən zəif göstəricilərə malik olduğunu yazıb.

Agentlik bildirib ki, Avropanın fond indekslərində kəskin ucuzlaşma müşahidə olunur. Avropanın ən iri müəssisələrindəki vəziyyəti əks etdirən “Stoxx Europe 600” fevralın 24-də birdən-birə 3,6% faiz geriləyib. Mütəxəssislər bunu ciddi siqnal hesab edirlər və 2016-cı ildən indiyə qədər belə enişin müşahidə olunmadığını qeyd edirlər.

Xüsusilə turizm, əyləncə biznesilə məşğul olan şirkətlər və lüks məhsullar istehsalçılarına aid səhmlərin kəskin ucuzlaşdığı qeyd olunur. Məsələn, “Louis Vuitton Moët Hennessy” şirkətinin səhmləri birdən-birə 7.2 faiz ucuzlaşıb. İtaliyanın məşhur “Salvatore Ferragamo SpA” şirkətinin səhmləri isə 9.5 faiz dəyər itirib.

Bu arada məlum olduğu kimi, İtaliyada koronavirusa görə futbol üzrə ölkə çempionatının matçları təxirə salınıb. Bu da böyük klublar üçün təsirsiz ötüşməyib. Belə ki, məşhur “Yuventus” klubunun səhmləri 11 faiz ucuzlaşıb.

“Bloomberg” oxşar vəziyyətin ABŞ-ın səhm bazarlarında da müşahidə olunduğunu yazır. Orada Avropadakı qədər olmasa da, ancaq əhəmiyyətli sayıla biləcək dərəcədə ucuzlaşma qeydə alınıb. Belə ki, okeanın o tayındakı əsas indekslərdə 2-3 faiz aralığında geriləmə müşahidə olunmaqdadır. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar