Oqtay Şirəliyev türkiyəli həmkarı ilə koronavirusu müzakirə edib

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub:

“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar