Kurikulum ləğv olunacaq? - Təhsil Nazirliyindən açıqlama

“Təhsil proqramı (kurikulum) nəyi və necə öyrətməyi, həmçinin qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır”.

Bu barədə Təhsil Nazirliyindən son zamanlar sosial şəbəkələrdə kurikulumun ləğvi və ya formatının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlarla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyil. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir: "Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olub. Təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürüb və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb. Ölkədə həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkədə təhsil proqramları və standartlarının təkmilləşdirilməsi üzərində iş aparılır".

635x100

Şərhlər

Finusa 2020-02-25 15:53:44

Son 10 ildir,tehsilimiz cilizlasha cilizlasha gedir,cox təssüf edirəmki.biz müəllimlər tərəfindən olan coxsaylı müraciətlərə baxmayaraq,köklü heçbir dəyişiklik olunmur.Kitablar siniflərə görə şagirdlər üçün aydın anlaşıqlı formada yazılmalıdır.Sinifdə şagird sayı cox lakin kecilecək material həm cox agırdı həm də şagird üçün anlaşıqlı deyil.sanki şagird üçün deyil.müəllim üçün yazılıb.Qeyd edimki,ingilis dili dərsliklərindən söhbət gedir.Bütün qeyri ixtisas müəllimləri də bunu qeyd edir.

t.ədalət 2020-02-25 13:55:21

Kurikulum Azərbaycanda təhsilin yoluna atılmış daş-kötükdü.Ondan nə qədər tez xilas olsaq balalarımızın gələcəyinə xeyri addımlar atılmış olar.Harda kurikulum var,orda "tolerantlıq" kimi antimillilik var!

Son yazılar