“Allah qorusun, oradan koronavirusun ölkəmizə sıçraması...” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya səfərə yola düşərkən aeroportda jurnalistlərin müxtəlif mövzularda suallarna cavab verib.

Virtualaz.org xəbər verir ki, jurnalistlər ondan İranda koronavirusun yayılması və Türkiyənin gördüyü ehtiyat tədbirləri barədə soruşublar. Ərdoğan xatırladıb ki, Türkiyə artıq İranla bütün sərhədlərini bağlayıb, gediş-gəlişi dayandırıb.

“İnsanların sağlığı ilə bağlı həssasiyyəti bir kənara qoya bilmərik. İranla bağlı atdığımız addımlar da bunun nəticəsidir. Oradan koronavirusun ölkəmizə sıçraması, Allah qorusun, ölkəmizdə qarşısıalınmaz nəticələrə səbəb ola bilər”,-Türkiyə prezidenti bildirib.

Ərdoğan xatırladıb ki, Türkiyə Çinin Vuhan şəhərindən evakuasiya etdiyi vətəndaşlarını 14 gün karantin altında saxlayıb və həmin müddət artıq bitib. “Onlar müxtəlif ölkələrdən gələnlərə qarşı bu tədbirləri görürsə biz də əlbəttə, tədbirlər görəcəyik. Bu məsələdə tərəddüd göstərməyə haqqımız yoxdur”,-o deyib.

Xatırladaq ki, Türkiyə nəinki İranla sərhəd-keçid məntəqələrini, eləcə də Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsini bağlayıb. Bu qərar Bakıda anlaşılmazlıqla qarşılanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar