“Hər il Novruzda Ermənistana 20 min iranlı gəlir”- Koronavirus erməniləri iranlı turistlərdən məhrum edib

Koronavirus təhlükəsi səbəbindən Ermənistan İranla sərhədi iki həftəlik müddətə bağlayıb. Və epidemiyanın yayılıması dinamikasından asılı olaraq, bu müddət uzadıla bilər.

“AzPolitika.info” xəbər verir ki, hazırda erməni mətbuatında əsas müzakirə mövzularından biri İrandan gələn koronavirus təhlükəsi və bu “mehriban qonşu” ilə sərhədin bağlanmasının Ermıənistan iqtisadiyyatına vurduğu zərbədir.

Ermənistanda iqtisadçılar artıq sərhədin bağlanmasının vurduğu ziyanı hesablamağa başlayıblar. Məsələ ondadır ki, sərhədin bağlanması təkcə İran deyil, Ermənistanla iqtisadi əlaqələri olan digər müsəlman Yaxın Şərq ölkələrilə də ticarət dövriyyəsinə mənfi təsir göstərir. Doğrudur, əhalinin gediş-gəlişi dayandırılsa da, yük daşımalarına hələ ki, məhdudiyyət qoyulmayıb. Lakin epidemiya güclənərsə, bu istiqamətdə də qadağalar gözlənilir.

Erməniləri ən çox narahat edən məqamlardan biri İrandan turist axınının azalmasıdır. Ermənistan Turizm Agentliyinin rəhbəri Mexak Apresyan mətbuata açıqlamasında deyib ki, koronavirusla bağlı sərhədlərin bağlanmasının Novruz Bayramı ərəfəsinə düşməsi ölkənin turizm sektoru üçün ciddi itki hesab oluna bilər: “Ənənəvi olaraq, hər il Novruzda Ermənistana 20 min iranlı gəlir. Bu turist axınından məhrum olmaq yaxşı perspektiv vəd etmir. Ancaq reallıq bundan ibarətdir”.

Bununla yanaşı, Apresyan qeyd edib ki, bu il iranlılar bayramda Ermənistana gələ bilməsələr də, növbəti illərdə yenidən buraya üz tutacaqlarına şübhə etmir.

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, artıq İranda bu epidemiyadan ölənlərin sayı 12 nəfərdir. Lakin müstəqil mənbələrin məlumatlarında daha böyük rəqəmlər göstərilir.

AzPolitika.info  

635x100

Şərhlər

Özgür 2020-02-25 15:31:03

ermənistana gedənlər iran erməniləridir.

Elli 2020-02-25 15:26:29

hər il Novruz bayramı ermənistana gedənləri qətiyyən türk saymaq olmaz. Onlar "qeyri" millətdəndirlər.

Son yazılar