Azərbaycanda geoloji kəşfiyyat gəmisinin kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) ağır itki baş verib.

"Report" xəbər verir ki, bu barədə ASCO-nun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Xəzər Dəniz Neft Donanmasının balansında olan “Əli Əmirov” geoloji kəşfiyyat gəmisinin kapitanı Əbülfəz Əliyev vəfat edib.

O, 1960-cı il iyunun 12-də Astarada anadan olub. O, ömrünün 48 ilini dənizçilik sahəsinə həsr edib. 1972-ci ildə Xəzər Dəniz Neft Donanmasının “Çeleken-2” gəmisində I dərəcəli matros kimi işə başlayan Əbülfəz Əliyev pillə-pillə kapitan vəzifəsinə qədər yüksəlib. 1990-cı ildə “Atlet-5” gəmisinin sükanı arxasına keçən dənizçi son üç ildə “Əli Əmirov” geoloji kəşfiyyat gəmisinin kapitanı kimi çalışıb.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar