“MƏNİ ALDADIBLAR...” - Əli azərbaycanlıların qanına batan marşalla müsahibə


“Qırğınların səbəbkarı da məni bilirlər... Mən başqasının əmrini yerinə yetirmişəm”

Fevralın 25-də SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov vəfat edib. Yazov azərbaycanlıların yaddaşında 1990-cı ilin 20 yanvarında Bakıya sovet ordusunu yeridən, əhalini gülləbaran edib və 136 dinc sakini öldürən bir adam kimi qalıb. Yazov eyni zamanda Vilnusa  sovet qoşunlarını yeridərək dinc insanları güllələməklə SSRİ xofunu yaratmaqla məşhurdur.

Düz 9 il bundan əvvəl azərbaycanlı jurnalist Anar Həsənov Moskvada generallar üçün nəzərdə tutulan qospitalda marşal Yazovla görüşərək, ondan qanlı 20 Yanvar qətliamında iştirakı ilə bağlı müsahibə alıb.

"AzPolitika.info" həmin müsahibəni təqdim edir:

- Dmitri Timofeyeviç, deyirlər ki, hər kəsin öz həqiqəti var. Əslində hər kəsin öz həqiqəti ola bilməz, çünki həqiqət birdir. Bu məsələni xatırlatmağım söhbətə Qarabağ münaqişəsi ilə başlamaq istəyimlə əlaqədardır. İttifaqın dağılmasında bu münaqişənin rolu böyük olub. Siz hadisələrin episentrində olmusunuz. Sizin fikrinizi bilmək istərdik: kimdir günahkar, kim öz torpağından qovulub?

- Ermənistanda zəlzələ olan vaxt, siz o dövrü xatırlamalısınız, bu artıq Qorbaçov, yenidənqurma dövrü idi. O zaman artıq münaqişə başlamışdı. Mən Ermənistanın görkəmli mədəniyyət xadimlərinin toplantısında iştirak etmişdim. Birdən yazıçı Silva Kaputikyan Qarabağdan söz salanda Qorbaçov özünəməxsus tərzdə “Siz Artsaxı deyirsiniz” ifadəsini işlətdi. Ermənilər Qarabağı "Artsaxt" adlandırır. Bu, onların dilində belədir. Qorbaçov "Artsax" dediyinə görə, bu ermənilərin xoşuna gəldi. Gülümsədilər və Qorbaçova dedilər ki, siz tarixi bilirsiniz. Əslində Qorbaçovun tarixdən xəbəri yox idi, ona kimsə demişdi ki, bu cür de. Bu ermənilərin xoşuna gəlmək məqsədilə deyilmiş söz idi. Həmin görüşdə ciddi mətləblərə toxunuldu. Ermənilər Qarabağın Azərbaycandan ayrılmasını tələb edirdilər. Mərkəzi Komitənin Siyasi Bürosunun üzvləri Nikolay Rıjkov, Belarusdan Sulinkov da orada idilər. Biz bir-birimizə baxıb başa düşürdük ki, Qorbaçov söhbəti düzgün aparmır, yanan odu bir qədər də qızışdırır.

Mənə müdafiə naziri kimi məlum idi ki, artıq Ermənistan Respublikasında yaşayan 170 min azərbaycanlını ermənilər öz yurdlarından qovmuşdular. Xüsusilə, Sumqayıtda vəziyyət heç də yaxşı deyildi. Oradan gələn xəbərlər bütövlükdə Siyasi Büronu şoka salmışdı. Saat 12:00-da Qorbaçov məni, Kliçkovu və Bakatini yanına çağırıb dedi ki, Bakıda vəziyyət pisdir. Və əlavə etdi ki, Bakıya ezam olunan Girenko və Primakovla telefonla danışıb. Onlar isə bildiriblər ki, Bakıda mütləq fövqəladə vəziyyət elan etmək və tədbir görmək zərurəti yaranıb. Çünki azərbaycanlılar erməniləri eyvandan aşağı tullayırlar və belə getsə çoxlu qan töküləcək.

Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Kliçkov hiylə işlədərək, Qorbaçovun yanına öz əvəzinə müavini Babkovu göndərmişdi. Mən isə hiyləgərliyi bacarmırdım. Özüm Qorbaçovun yanına getmişdim və nəticə etibarı olə nümayəndə heyətinin rəhbəri mən oldum. Bakıda Girenkonu, Primakovu, Mütəllibovu və Azərbaycan Mərkəzi Komitəsinin digər üzvlərini topladım. Və toplantıda elan etdim ki, günorta saat 15:00-da fövqəladə vəziyyət elan edəcəyik.

Mən artıq Moskvadakı "Çıkalov" hərbi hava limanından Bakıya uçanda hansısa desant alaylarını bölgələrə göndərmək haqqında əmr imzalamışdım. Biz radio vasitəsilə şəhərə qoşunların yeridilməsi haqqında məlumat verdik. Amma televiziyanı partlatmışdılar, bunu kimin etdiyindən xəbərim yoxdur. Lakin radio vasitəsilə elan etmişdik ki, heç kəs küçələrə çıxmasın. Şəhərə qoşun yeridiləcək və bu qoşun öldürməyə deyil, iki xalq - azərbaycanlılarla ermənilər arasında vəziyyəti sabitləşdirmək məqsədi ilə şəhərə yeridilir.

- Rəsmi statistikaya görə, həmin hadisə zamanı Bakıda 136 nəfər qətlə yetirilib...

- Siz, Bakıya qoşun yeridiləndə deyirsiniz?

- Bəli, Dmitri Timofeyeviç.

- Anladım, mən sualınıza cavab verirəm. Mən sizi əmin edirəm, Bakıda bir nəfəri də öldürməmişik.

- Faktlar var ki, bir neçə insan süngü bıçaqla öldürülüb. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını isə öz avtomobillərində qətlə yetiriblər...

- Sünğü ilə heç kəs öldürülməyib. Mənə bir dəfə də olsun məruzə edilməyib ki, bizim hərbçilər kimisə öldürüblər.

- Dmitri Timofeyeviç, bəs təcili tibbi yardım avtomobilini əzən tanka nə deyirsiniz?

- Dayanın, bir dəqiqə. Mənim bundan xəbərim yoxdur. Bakıda tank olmayıb, piyadaların hərbi avtomobili olub.

- Putin Bakıda olarkən Şəhidlər Xiyabanını ziyarət etdi və bildirdi ki, bu Sovet hökumətinin hərbi cinayətidir...

- Qoy desin. Deyir ki, sovet hökumətinin günahıdır? O sovet hökuməti təkcə Moskvada yox, Azərbaycanda da olub. Sovet hökumətinin yaxşı əməlini indi hamı inkar edir.

- Biz sizinlə faciənin baş verdiyi hadisənin ildönümü ərəfəsində görüşürük. Siz, yanvar hadisələrinə görə özünüzü günahkar hesab edirsinizmi, yoxsa hərbçi kimi verilən əmri yerinə yetirdiyinizi düşünürsünüz?

- Sual verirsiniz ki, mən günahkarammı? Mən başqasının əmrini yerinə yetirmişəm. İndi o əmri verən insan dedikləri və etdiklərini etiraf etmir. Hər şeydən imtina edir. Bu günə qədər isə mən ölkəmdən çıxa bilmirəm. Hara getsəm məni həbs edə bilərlər. Çünki qoşunu mən yeritmişəm. Və fövqəladə vəziyyəti mən elan etmişəm. Qırğınların səbəbkarı da məni bilirlər. Kimi günahlandırırlar? Məni, Yazovu. Mən əhaliyə güllə atmağı əmr etməmişəm. İstər Vilnüsda olsun, itərsə də Bakıda. Gəlmişəm, çünki göndəriblər. Birdə ki, təkcə məni yox, daxili işlər nazirini, milli təhlükəsizlik üzrə katibi. Məgər daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkə sərhəddini qorumaq və düşmənlə vuruşmaq idi. Məni aldadıblar. Yadımdadır, Heydər Əliyev məqalələrində belə söz işlətmişdi: “Mən Qorbaçova və Yazova bu faciəni bağışlamayacağam.”

Ona görə ki, fövqəladə vəziyyət elan etmişik. Mən hesab edirəm ki, vəzifəmi yerinə yetirmişəm. Vətəndaş müharibəsi zamanı həmişə dinc sakinlər qırılıb. Neyləmək olar, mən qoşunu yeritmişəm. Amma camaatı qırın əmrini verməmişəm.  

635x100

Şərhlər

Azərbaycanlı 2020-03-02 17:09:30

SƏNİ GORBAGOR OLASAN GÖRÜM.

Azər 2020-02-28 19:37:32

Bu alçaq hələ dururdu indiyə kimi?..

Azər 2020-02-28 19:36:42

Bu alçaq hələ dururdu indiyə kimi?..

Sultan 2020-02-27 16:05:01

Tanrı sənə də, sənə əmr verənlərə də lənət eləsin! Cəhənnəm odunda yanasınız!

Sultan 2020-02-27 16:03:52

Tanrı sənə də, sənə əmr verənlərə də lənət eləsin! Cəhənnəm odunda yanasınız!

t.ədalət 2020-02-26 11:40:05

Bu gorbagor kimi aldadır?Bakıyaqədər Qazaxstanda və başqa yerlərdə törədilən cinayətlər əməllərini unutmuşdular?Yazov,yarı kürd,yarı erməni-yunan Primakov nə etdiklərini,Bakıya niyə girdiklərini çox yaxşı bilirdilər..

Son yazılar