Azərbaycanın “Silkway” aviaşirkəti Çinə intensiv uçuşlar həyata keçirir

Azərbaycanın yük aviaşirkəti Silkway West Airlines koronavirus epidemiyasına baxmayaraq, Çinə uçuş qrafikini pozmayıb və uçuşları davam etdirir.

Bu barədə virtualaz.org şirkətin rəsmi saytına istinadla xəbər verir.

"Mövcud epidemiya hava yükdaşımaları sahəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla yanaşı, müştərilərimizin işini qorumaq üçün bu çətin və gərgin dövrlərdə planlı və çarter reyslərini davam etdiririk", - Silkway West Hava Yollarının açıqlamasında bildirilir.

Aviaşirkət həftədə 20-dən çox uçuş həyata keçirir ki, bu da yükdaşımaları üçün qlobal mərkəz olan Çini Bakı ilə birləşdirir. Uçuşlar Ümumdünya Səhiyyə Təşkilatının və digər tənzimləmə orqanlarının tövsiyələrinə, habelə aviaşirkətin özünün tətbiq etdiyi məhdudiyyətlərə uyğun olaraq həyata keçirilir. Bu məhdudiyyətlərdən biri də ekipajın Çində qalmamasıdır.

Silkway West Airlines şirkətinin prezidenti və icraçı direktoru Volfhang Mayer bildirir ki, çətin günlərdə müştərilərin BSA (Təyyarə Rezervasyon Sazişi) ilə bağlılığına hörmət etmək qərarına gəliblər: "Buna görə müntəzəm uçuşlarımızı ləğv etmədik, çünki inanırıq ki, uzun müddətdə bu, bizi tərəfdaşlarımıza daha da yaxınlaşdıracaq. Biz ekspeditor aviaşirkətik və qrupumuzu artıraraq daha bu münasibətləri genişləndirəcəyik. Bundan əlavə, biz pilotlarımıza və bütün kollektivimizə işə davam etdikləri üçün uyğun modeli tapmağa, maksimum hazır olduqlarını göstərdiklərinə görə təşəkkür edirik. Beynəlxalq komandalarımızla birlikdə həmkarlarım müştərilərimizlə həmrəy olduğumuzu nümayiş etdirə bildik. Onu da qeyd edim ki, davamlı işlərimiz nəticəsində ilk Çinin CCTV kanalı, digər yerli televiziyalar da Silkway West Airlines şirkətinin fəaliyyti barədə danışdı".

Bildirilir ki, Azərbaycan yükdaşıyıcısının Şanxay, Zhengzhou və Tianjin şəhərlərindəki ofislərində işləyən işçiləri hava daşımaçılığı şirkətinin ən az məhdudiyyətlərlə öz xidmətlərini təklif edə bilməsi üçün ev şəraitində iş rejiminə keçid ediblər.

"Əlbəttə ki, hazırda bizim gündəlik vəzifəmiz müxtəlif ticarət xətlərindəki disbalansla mübarizə aparmaqdır. Ancaq biz həqiqətən tərəfdaşlarımızın anlayışına etibar edirik. Çünki bu, həqiqətən də həssas bir vəziyyətdir. Əlbətdə, Çinə və onula birgə aparılan əməliyyatlarımıza çox diqqət yetiririk. Lakin vurğulamalıyam ki, dünyada şəbəkəmiz fəal işləyir. Şimali Amerika, Avropa, Yaxın Şərq, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Yaponiya və Koreyadakı bazarlar tam xidmətlə təmin edilir", - Silkway West Airlines şirkətinin rəhbəri qeyd edib.

635x100

Şərhlər

t.ədalət 2020-02-26 22:59:39

Əhalini təhlükədə qoymaq olmaz.Məgər,bu şirkət bilmirmi ki,virus onları da məhv edə bilər?

Son yazılar