BAKININ BİR HİSSƏSİNDƏ İŞIQLAR NİYƏ SÖNDÜ? - "Azərenerji"dən açıqlama + FOTOLAR

Bir qədər əvvəl Bakının elektrik enerjisi təchizatı ilə bağlı problem yaranıb. “Report” məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.

***

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Onun sözlərinə görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

****

"Elektrik enerjisinin dayanıqlığı təmin olunduğu üçün Metropolitenin 3 stansiyasının ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti bərpa edilib".

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

****

Musavat.com xəbər verir ki, hazırda metronun "Neftçilər" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarlara minik dayandırlıb.

Sərnişinlər "Neftçilər" stansiyasında düşürdülər və bildirilir ki, həmin istiqamət üzrə qatar bir müddət işləməyəcək.

Onu da qeyd edək ki, bu dəqiqələrdə (16:52) "Neftçilər" stansiyasının platformasında da elektrikin verilişində qısa fasilələr yaranır.

****

Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

Hazırda tunellərdə qalan qatar yoxdur.

****

Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.

Əlavə məlumat veriləcək.

Fotolar: Əli RAİS

635x100

Şərhlər

Oqtay 2020-02-28 20:46:13

Azərişıq nə bilsin ki niyə sönüb Allahın işidir sönüb sönübda bəhanə tapmağa nə var ki .Onlarən bildiyi bir şey olsa idi nə var idiki

Vətəndaş 2020-02-27 17:38:32

Azərişığın təzə sədrinin ayağı ağır oldu.

Son yazılar