NATO Rusiyanın İdlibdə həyata keçirdiyi hücumları pisləyib

NATO baş katibi Yens Stoltenberq Bəşər Əsəd rejimi və ona dəstək verən Rusiyanın İdlibdə həyata keçirdiyi hücumları pisləyib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun sözçüsü Oana Lungescu bildirib.

NATO sözçüsü baş katib Y.Stoltenberqin hücumları dayandırmağa çağırış etdiyini qeyd edib.

“NATO baş katibi Suriya rejimini və onu dəstəkləyən Rusiyanı beynəlxalq hüquqa riayət etməyə və BMT-nin sülh səylərini dəstəkləməyə çağırır. Gərginliyi aradan qaldırmaqla, bütün tərəflər bu təhlükəli situasiyanın və bölgədəki humanitar vəziyyətin pisləşməsinin qarşısını almalıdır”, - deyə Oana Lungescu qeyd edib.

Qeyd edək ki, bu gün NATO-nun Suriyadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar