ABŞ-dan açıqlama: "NATO müttəfiqi Türkiyənin yanındayıq"

ABŞ Xarici İşlər Nazirliyi İdlib böhranı ilə bağlı yazılı açıqlama verib.

"AzPolitika.info" xəbər verir ki, İdlibdəki rejim hücumları ilə bağlı açıqlamada:

"Baş verən hadisələri təhlil edir və hal-hazırki vəziyyət haqqında daha dəqiq məlumatlar almaq üçün Türk mövqedaşlarımızla sıx əlaqələr qururuq. NATO müttəfiqi Türkiyənin yanındayıq, Rusiya və İranın dəstəklədiyi Əsəd rejimini alçaq hücumlara dərhal son verməyə çağırırıq. Donald Tramp və Maykl Pompeonun dediyi kimi, bu böhranda Türkiyəyə ən yaxşı necə dəstək olmanın yollarını axtarırıq"- deyə bildirilir. 

635x100

Şərhlər

Elli 2020-02-28 15:08:41

Ey Türkiyə Amerikaya da çox inanmayın, onlara etibar yoxdur.

t.ədalət 2020-02-28 14:48:06

ABŞ son halda Türkiyənin yanında olduğunu bəyan etdi.Qatil Rusiya da öz yerini Bəşşər Əsəd kimi dsələduzun yanında sərgilədi.

Son yazılar