TÜRKİYƏ REJİM QÜVVƏLƏRİNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRİR- Görüntülər yayıldı+ VİDEO

Türkiyə ordusunun İdlibdə Suriya rejimi qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrə dair görüntülər yayılıb. 

Virtualaz.org xəbər verir ki, dünən axşam Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində azı 33 Türkiyə hərbçisinin həlak olmasına cavab olaraq Ankara Əsəd qüvvələrinə şiddətli cavab zərbələri endirməyə başlayıb.

Hücumu Suriya ilə sərhəddəki komanda mərkəzindən müdafiə naziri Hulusi Akar şəxsən koordinasiya edir.

“Anadolu” agentliyinin Telegram-kanalında yerləşdirilmiş video-görüntülərə əsasən Türkiyənin  pilotsuz təyyarələri, o cümlədən raket-artilleriya sistemləri bir-birinin ardınca Suriya ordusunun canlı qüvvəsinə, zirehli texnikasına, qərargahlarına və sursat anbarlarına zərbələr endirir. Bu zərbələrin nəticəsində çoxlu sayda Suriya əsgərlərinin öldüyü görünür.

Müdafiə naziri Hulusi Akar bəyan edib ki, dünən gecədən bəri Suriya rejimi qüvvələrinin İdlibdəki mövqelərinə endirilən kütləvi zərbələr nəticəsində "Buk" və "Pantsir" zenit-raket kompleksləri, 23 tank, bir o qədər sayda artilleriya qurğusu, habelə 5 vertolyot məhv edilib. Onun sözlərinə görə, zərbələr pilotsuz təyyarələrdən və raket-artilleriya sistemlərindən endirilib.

https://lentaru.media.eagleplatform.com/index/player?record_id=1378423&player=new

635x100

Şərhlər

Elli 2020-02-29 12:03:15

Cavab zərbələri çox dəqiq oldu halal olsun qardaşlar, amma ruslara bel bağlamayın. Onlar hamısı satqındırlar.

Türkoğlu 2020-02-28 23:12:20

https://www.youtube.com/watch?v=Piwl6A41J-w

Müfəttiş 2020-02-28 22:16:09

Ən başlıcası Türkiyə ABŞ-la münasibətləri qaydaya salmalıdır, anlamaq olmur ki,Türkiyə rəhbərliyi niyə bizlər kimi bu qədər sadəlövh olub rusa bel bağladılar ....

t.ədalət 2020-02-28 14:50:25

Allah Türkiyəni darda qoymayacaq!

Son yazılar