XODORKOVSKİ PUTİNİ DEVİRƏ BİLƏCƏKMİ?

ABŞ-ın məşhur “Forbes” jurnalı ötən həftə siyasi iddialarını açıqlayan oliqarx Mixail Xodorkovskinin bu addımını təhlil edib. AzPolitika.info “Mixail Xodorkovski nə üçün siyasətlə məşğul olmağa başlayıb” adlı məqalənin tərcüməsini təqdim edir.

Mixail Xodorkovski 20 sentyarda “Açıq Rusiya” adlı təşkilat yaratdı, Praqada yerləşən ofisdə isə Veronika Kuçilonun rəhbərlik etdiyi sayt da işə başladı. ”Vedomosti” qəzetnə verdiyi müsahibəsində M.Xodorkovski aydın şəkildə planları barəsində və vəziyyəti necə gördüyü, həmçinin də oradakı öz rolu haqqında məlumat verib. Onun fikrinə görə, yaradılan təşkilat partiya deyil, xüsusi bir “ictimai mühit” rolunu həyata keçirməlidir. Xodorkovskiyə görə, hakimiyyətin Putindən növbəti şəxsə keçəcəyi dövrdə avtomatik olaraq post-sovet siyasi sisteminin saxlanılmasının qarşısının alınmasında həmin “ictimai mühit”-in böyük təsiri olmalıdır.

Xodorkovskinin düşüncəsinə görə, Rusyadakı hakimiyyət sistemini deqradasiyaya uğrayan ətalət marşrutundan çıxarıb, başqa bir reysin üzərinə qoymaq lazımdır. O, bu barədə deyib: ”İndiki hakimiyyət ölkəni nə vaxtsa dərin böhrana salacaq və onda insanlarımız hakimiyyət sistemini daha müasiri ilə dəyişmək istəyəcəkləri zaman həmin mərhələdəki sabitlik, konstitusion müşavirə, prezident səlahiyyətlərinin əksər hissəsinin parlamentlə, məhkəmə və vətəndaş cəmiyyəti ilə bölüşdürülməsini nəzərdə tutacaq hərtərəfli dəyişiklik işlərini mən görməyə hazıram”.

Buna etiraz etmək olarmı? Belə bir infrastrukturun yaradılması lazımdırmı?

Əlbəttə ki, lazımdır. Son illər belə bir işlə keçmiş maliyyə naziri Aleksandr Kudrin məşğul olaraq, yaratdığı “Vətəndaş təşəbbüsü komitəsinin” işçi qrupuna çoxlu sayda mütəxəssis cəlb edib. Bu istiqamətdə müəyyən qədər milyarder Mixail Proxorov da məşğul olmağa cəhd göstərsə də, işlər “partiya” formatı vasitəsilə aparıldığından bir o qədər də yaxşı nəticə vermədi. Əgər xatırlasaq görərik ki, müasir düşüncə tərzinə malik gənc iqtisadçıların, hüquqşünasların və Rusiyanın açıq şəkildə qlobal iqtisadi sistemə inteqrasiya olunmasının tərəfdarları Yevgeni Yasinin “Liberal missiya” və Yelena Nemirovskinin “Moskva siyasi araşdırmalar mərkəzi”ndə fəaliyyət göstəriblər.

Xodorkovski nüfuzlu mühacirlərdən birinci şəxsdir ki, Rusiya sərhədləri kənarında ictimai ofis açılmasına qərar verib. Bu yaxşı bir addımdır. Ona görə ki, nə edəcəyi qeyri müəyyən olan rejim sayəsində xarici ölkələrə köç edən rus vətəndaşlarının sayı durmadan artır. Yada salmaq vacibdir ki, bütün populist rejimlərin siyasəti ölkə xaricində daha çox icma təşkilatlarının yaradılmasına gətirib çıxarır.

Rusiyanın elmi-texniki və humanitar təhsilli nümayəndələrinin əhəmiyyətli hissəsi və həmçinin də “hər iki evdə yaşayan” dünya universitetlərinin Rusiyalı tələbələri militarizmin qızışdırıldığı, anti-Qərb və “Rusiyanın ayrı bir yolu var” kimi siyasi kursun hökmranlıq etdiyi ölkədən kənarda yaşamağa üstünlük verəcəklər. Onların böyük əksəriyyəti daha yaxşı gələcəyə malik, demokratik Rusiyanın yardılması istiqamətində praktik iştirak etmək istəyirlər. Həmin gələcəyin həqiqətən də çox sürətlə praktik müstəviyə keçməsi məsələsi ən mühüm sual kimi qarşıda dayanıb.

Putin və onun ətrafı artıq 2017-ci ildə özləri üçün seçim etməlidirlər. Onlar ya ömürlük idarəetmə ilə “bərbad ölkə” imicini sonrakı mərhələlərdə də populist rejim qismində daşımalı və ya da hakimiyyət öz daxilindən prezidentliyə yeni bir namizəd irəli sürməklə, dəyişikliyə getməlidir.

Ümumiyyətlə isə məsələyə belə yanaşmalıyıq ki, Xodorkovski inqilabçı yox, Kudrin və Navalnıy kimi islahatçıdır. Rusiyaya nüfuzlu islahatçı konturu, yeni böyük münbit siyasi şərait gərəkdir. Hələlik Rusiyada islahatçı optimizm üçün heç bir əsas yoxdur. Ancaq Xodorkovski tərəfindən islahat aparılması üçün edilən istənilən cəhd çox qiymətli sayılmalıdır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar