İncirlik bazasında hərəkətlilik

Türkiyənin Adana bölgəsində yerləşən məşhur İncirlik aviabazasında hərəkətlilik müşahidə olunmağa başlayıb. 

“AzPolitika.info” xəbər verir ki, “CNN Türk” NATO bazası sayılan və Türkiyə hərbi hava qüvvələrinin də istifadə etdiyi bazaya hərbi yük təyyarələrinin enişi qeydə alınıb.

Xəbərdə həmçinin qeyd olunur ki, İncirlik bazasından 2 ədəd “F-16” trəyyarəsi havalanıb. Onların hansı ölkəyə aid olduğu barədə məlumat verilmir. Bundan başqa, bazaya 1 özəl hərbi yük təyyarəsinin və hərbi helikopterin eniş etdiyi bildirilir. 

Ümumiyyətlə, bu gün bazaya hərbi yük təyyarələrinin eniş və qalxışının kəskin şəkildə çoxaldığı qeyd olunur. O da vurğulanır ki, bu hərəkətliliyin İdlibdə baş verən toqquşmalarla bağlı olduğu şübhəsizdir.

635x100

Şərhlər

t.ədalət 2020-02-28 15:09:15

Əlbəttə,Rusiya Suriyada olduqca,NATO da Türkiyənin yanında olacaq.Təəssüf ki erməni xislətli Rusiya indiyədək İraqda,Liviyada və Əfqanıstanda başına gələnlərdən nəticə çıxarmır.Anlasmırlar ki,NATO nə Dağlıq Qarabağ,nə Bessarabiya,nə də ki Krım deyil.Bu savaşda onu çox ciddi məğlubiyyət gözləyir.Övladlarını Putinin yersiz müharibvələrdə məhv etdiyindən,təəssüf ki rus xalqı da nəticə çıxarmır.Hər iki tərəfdə ölən əsgərlərin baiskarı,ancaq Putindir!

Son yazılar