AZƏRBAYCANDA İLK KORONAVİRUSA YOLUXMA FAKTI AŞKARLANDI! - Rəsmi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.

Operativ qərargahdan verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

635x100

Şərhlər

vuqar 2020-02-28 17:27:08

Qorxuram alverciler burdada korona virusla alver etsinler! Vallah bu alverci tayfasindan ne desen gozlemek olar!

t.ədalət 2020-02-28 15:02:59

Azərbaycanda koronavirus çoxdan var.Ancaq indi məcbur qalıb elan edirlər.Əbülfəs Qarayev isə deyir ki,koronovirus bizim "tədbirlərə" mane ola bilməz.Görünür,Allahın verdiyi dərdə də qulp qoymaq istəyirlər.Neynək,qoy Ə.Qarayev öz mövqeyində qalsın.Görək,zaman nə deyir..

Son yazılar