"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

"Hərbi birliklərimizin yerləşdiyi mövqelər əvvəlcədən Rusiyanın ərazidəki yetkililəri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum gerçəkləşdirilib". 

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın bəyanatına cavab verərkən səsləndirib.

Xatırladaq ki, Kreml Suriyada Türkiyə konvoyuna hücumla bağlı bəyanatında türk hərbçilərinin həmin ərazidə olmaları barədə TSK tərəfindən hər hansı bilgi verilmədiyini bildirib.

General Akar isə qeyd edib ki, ilk atəş zamanı Rusiya tərəfinə xəbərdarlıq edilib, amma qarşı tərəf reaksiya verməyib: "Hava hücumu zamanı ambulanslar da daxil olmaqla, hər bir texnika vurulub".

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar