"Qalatasaray" Hakan Çalxanoğlunu transfer etmək istəyir

Sezonun ikinci yarısında yaxşı nəticələr əldə edən "Qalatasaray" klubu, bir tərəfdən də transfer çalışmalarını davam etdirir.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" İtaliyanın "Milan" klubuyla 2021-ci ilədək muqaviləsi olan Türkiyə milli komandasının oyunçusu Hakan Çalxanoğlunu transfer etmək istədiyini açıqlayıb. Milan klubundan verilən cavabda futbolçunun satış qiymətinin 10 milyon avro olduğu bildirilib.

Qeyd edək ki, bu sezon "Milan"ın dəyişilməz adları arasinda yer alan 26 yaşındakı futbolçu 24 oyuna çıxaraq, 5 qola imza atıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar