Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başladı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başlayıb.

ASCO-dan verilən məlumata görə, (050) 274 30 82 nömrəli “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb.

Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

Qeyd edək ki, ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar