"Bu il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq" - Pərviz Şahbazov

"Hazırda Cənub Qaz Dəhlizi (SGC) layihəsinin 4-cü komponenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) 92%-i yekunlaşıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasından sonra mətbuat konfransında Azərbaycan Energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər layihə üzrə bütün işlər tam yekunlaşacaq və Azərbaycan qazı Avropa bazarına çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar