Satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirildi

Bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, gün ərzində artıq 3 000-ə qədər vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir.

Eyni zamanda Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və 331 mənzildən 530 mənzilə çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq Fond mənzil fondunun formalaşdırılmasını davam etdirir.

Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Xatırladaq ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond müraciətə baxdıqdan və razılıq barədə qərar qəbul etdikdən sonra yaranır.

Eyni zamanda kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar