Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar