"ÇİNLİNİ GƏTİRİB BİZİM YANIMIZA QOYUBLAR" - Astara xəstəxanasına yerləşdirilənlər vəziyyətdən narazıdır + VİDEO

Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə  qalmaları ilə bağlı daha bir video görüntü yayılıb.

"AzPolitika.info"nun xəbərinə görə, karantində saxlanılanlar spirt, tibbi maska tapa bilmədiklərini deyirlər. Virusun qeydə alındığı şəhərlərdən gələnlərlə koronavirusun aşkarlanmadığı şəhərlərdən gələnlər eyni şöbədə saxlanılır. Görüntülərdən bəlli olur ki, xəstəxana binası təmirsiz və bərbad haldadır. Xəstəxananın mətbəxtində nahar etmək üçün şərait yoxdur, karantində saxlanılanların istifadəsi üçün 2 stəkan, 2 boşqab qoyulub.

“İçməli su yoxdur, bizə deyirlər ki, krantdan su için. Yeməyi öz pulumuza alırıq, bu gün sosiska alıb yemişik. Hamımız yoluxucu xəstə adı ilə saxlanılır, antisanitariya şəraitində sağlam adam da xəstələnə bilər. Səhər tezdən çinlini, hindlini gətirib bizim yanımıza qoyublar”, - şikayətçilər söyləyiblər.

İddialardan biri də xəstəxananın dizenfeksiya olunmamasıdır. Videonu çəkənlər deyiblər ki, soğan, sarımsaq aldıraraq xəstəlikdən qorunmağa çalışırlar: “Nə əlcək, nə spirt, nə də tibbi spirt yoxdur”. 

Xəstəxana əməkdaşı isə bildirib ki, spirt çatdıra bilmirlər: “Bizim özümüzə belə vermirlər, başına dönüm. Bu xəstəxanada 15 ildir işləyirəm, belə şey görməmişəm”, - xəstəxana əməkdaşı karantində olanlara bildirib.

Görüntüləri lentə alanlar onu da qeyd ediblər ki, məqsədləri süni ajotaj yaratmaq deyil, problemi diqqətə çatdırmaqdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Astara Rayon Mərkəzi Xəstəxanasında antisanitariya, tualetlərdə suyun olmaması və şübhəli şəxs kimi karantinə alınanların saatlarla soyuq dəhlizdə gözlədilməsi ilə bağlı video görüntü yayılmışdı.

TƏBİB məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, sosial şəbəkədə yayılan video görüntüdəki çatışmazlıqlar aradan qaldırılır. Xatırladaq ki, fevralın 26-da Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. 

635x100

Şərhlər

eko 2020-02-29 07:26:59

inkishaf

Emil 2020-02-29 00:57:31

Sehiyye nazirine ISTEFA ...

t.ədalət 2020-02-28 22:15:04

...Dünyanın məsulyyət hiss etdiyi indiki vaxtda xəstəxanada belə vəziyyət yaradanlarla düşmənlərimiz arasında bir elə fərq yoxdur. ... belə bir vəziyyət yaratmaqla,eyni zamanda, prezidentə qarşı da çıxırlar.....Güman ki cənab prezident nazirin yarıtmaz hərəkəıtinə biganə qalmaz..

Elli 2020-02-28 22:06:20

bu qədər məsuliyyətsizlik mən görməmişdim.

Son yazılar