ATƏŞ ƏMRİNİ KİM VERİB: PUTİN, YOXSA GENERALLAR? – “Ortada təxribat var...”

Suriyada Bəşər Əsəd rejiminə hərtərəfli dəstək verməklə Türkiyə ilə razılaşmaların üstündən xətt çəkən Rusiya daha irəli gedərək Türkiyə Silahlı Qüvvələrinin mövqelərini bombalayıb. Nəticədə 34 əsgər həlak olub, onlarla yarlı var, xeyli sayda döyüş texnikası sıradan çıxarılıb. Ankara dərhal dəstək üçün NATO-ya müraciət edib, Brüsseldən adekvat dəstək gəlib. Bundan sonra Rusiya prezidenti V. Putin Türkiyə prezidenti Ərdoğanın telefon xəttinə çıxaraq martın əvvəlində görüşməyə razılıq verib.

Türkiyə rəsmilərinin ritorikasında mümkün qədər Rusiyaya qarşı ehtiyatlı ifadələr seçilir, hücumların məsuliyyətinin daha çox Əsəd rejiminə aid olduğu vurğulanır. Bununla Ankara Kremllə münasibətləri pozmamaq xəttinə sadiq qaldığını göstərməyə çalışır. Bundan sonra Suriya prosesini aparan iki dövlət arasında münasibətlər necə olacaq? Türkiyə ilə münasibətləri pozmaq Kremlinin nəyinə lazım idi?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya Türkiyə ilə münasibətlərin gərginləşməsində maraqlı olmamalı idi. Çünki Rusiya onsuz da Qərbin sanksiyaları ilə üz-üzədir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə sıx əməkdaşlıq edirdi, Kreml sahibiylə ən çox görüşən prezident idi.

Politoloq bu reallıqları xatırlatmaqla bir sıra vacib suallara cavab tapılmalı olduğunu qeyd edir: "Belə olan halda nədən Rusiya Müdafiə Nazirliyi Türkiyə hərbçilərinin İdlibdəki koordinatlarını bilə-bilə Əsədin generallarına şəhəri atəş açmağa əmr verib və ya atəşə seyrçi qalıb? Axı Türkiyənin müdafiə naziri Hulusi Akar da bəyan edib ki, türkiyəli hərbçilərin İdlibdəki hərəkət trayektoriyası  haqqında bilgiləri hadisədən 4 gün əvvəl, yəni fevralın 23-də Moskvaya göndəriblər. Demək ortada təxribat var.

Əsas sual budur: Türkiyəyə qarşı təxribatın arxasında kim dayanıb: Ərdoğanla dostlaşan Putin, yoxsa Kreml sahibinə xəbər vermədən İdlibə atəş açmağa əmr verən rusiyalı generallar?

Əlbəttə, Rusiyada bütün əmrlər Putindən gəlir. Ancaq məntiqlə İdlibə görə Türkiyə və Ərdoğanla münasibətlərin gərginləşməsi Kreml sahibinin maraqlarına cavab verməməlidir. Buna baxmayaraq, həmin Putin vaxtilə qardaş adlandırdığı Ukraynanı parçalayıb, qardaşının torpağını əlindən alıb. Qardaşına qarşı bunu edən, taktiki tərəfdaş saydığı Türkiyəyə qarşı da edə bilərdi".

Elxan Şahinoğulu belə bir versiyanı ehtimal olaraq düşündüyünü açıqladı: "Putinin Rusiyada reytinqi azalır, 4 ildən sonra hakimiyyətdən gedəcək. Türkiyə ilə əlaqələrdən narahat olan bir qrup rusiyalı generalın nazirə və prezidentdə xəbər vermədən və ya yalan xəbər verərək, Əsəd generallarına İdlibə hücum əmri vermələri mümkün ola bilərdimi?

Demirəm ki, məhz belə olub. Bir ehtimal kimi düşünürəm. Çünki 2015-ci ildə də Türkiyə Rusiyanın hərbi təyyarəsini vurduqdan aylar sonra Ankarada Ərdoğana yaxın firuqlar belə fikirlər səsləndirdilər ki, bu FETÖ-nün təxribatı idi. 

Türkiyə ordusunda FETÖ-ya bağlı güclər Türkiyə ilə Rusiya arasındakı münasibətləri gərginləşdirmək üçün qəsdən Rusiya təyyarəsini vurdular. Əgər FETÖ əliylə Türkiyə ordusunda Ərdoğana qarşı təxribat olmuşdusa, Putinə qarşı da öz ordusunda təxribat ola bilərdimi? "

AzPolitika.info

635x100

Şərhlər

elchin 2020-03-02 10:42:37

bu nece siyasi serhcidir gah nala vurur gah da mixa- onun ne dediyini anlamadim

t.ədalət 2020-02-29 21:59:00

Atəş əmrini,şübhəsiz Putin verib.Dağlıq Qarabağda,Donetsk və Luqanskda,Krımda olduğu kimi rus ordusunun bütün addımları Putinin göstərişi ilə icra olunur.

samozvanetslere 2020-02-29 21:55:06

Makron açıq-aşkar Turkiyənin Suriyada olmasını çox sərt şəkildə qınayırdı..Turkiyeye yegane "dəstək" USA dan gəldi, oda hadislərdən uzaqda qalmamaq üçün edir

samozvanetslere 2020-02-29 21:51:04

Bu cür şərh verənlərə politoloq deyirsizsə?!! ..Rusiyaya Türkiyəni Suriyadan sıxışdırmağa dəstəyi məhz Almaniya və Fransa verir amma açıq-aşkar yok...Türkiyənin rəsmi dairələrinin sərhədləri miqrantlara Avropa ölkələrinə açması ilə hadələmasi məhz bununla bağlıdı..Türkiyənin mövgeylərinin möhkəmlənməsi nə Rusiyaya,nə Fransa və Alamaniyaya sərf etmirdi..xatırlayırsızsa hətta Fransa prezidenti Makron çox aç

Elli 2020-02-29 21:22:06

Bu Putinin şəxsi əmridir. Putinin əmri olmasa generallar heç vaxt atəş əmri verib məsuliyyəti özünün üzərinə götürməz, bu birmənalıdır.

Mubariz 2020-02-29 18:54:52

AzPolitika şərhləri verməyə qorxursuz?

Mubariz 2020-02-29 18:34:38

Şahinoğlu ,əgər bu təxribatsa .sənin təbirincə ,putinin xəbəri yoxsa ,rusiya ölkə deyilmiş sən siyasi məzmunlu məsələdən hələ də anlamamısan,Mirzə Ağ yazdığını oxu .O hələ dərinə getməyib

Son yazılar