“QURULTAYIN QƏRARLARINI LƏĞV EDİN” – Rəsul Quliyevdən Müsavata çağırış

“Cəmil Unalı özlərinə idol seçmiş partiya, öz gücü ilə hansı mübarizəni uda bilər?”

Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Müsavat Partiyasına çağırış edərək, sentyabrın 27-də baş tutmuş qurultayın qərarlarının ləğv olunmasını təklif edib. AzPolitika.info məlumat verir ki, eks-spiker bu barədə sosial şəbəkədə öz mövqeyini açıqlayıb.

R.Quliyev yazır:

“Bu toplantı (Müsavatın qurultayı-V.N) 2013-cü il prezident seçkisindən dərhal sonra irəli sürdüyüm “partiyaların liderləri bütövlüklə istefa verib getməlidirlər və onların yerinə beyinləri korlanmamış gənclərin gəlməsinə imkan yaratmalıdırlar” tezisimin düzgün olduğunu bütün çılpaqlılığı ilə göstərdi. Təəssüflə qeyd etmək lazımdır ki, qurultay üzvlərinin içərisində gənclərə rast gəlmək mümkün deyildi. Özünü aparıcı hesab edən Müsavat partiyasının başqanlığına hökumətin istənilən nazirinin müavinindən intellekti, dünya görüşü, peşəkarlığına görə qat-qat aşağıda duran az savadlı, talantsız bir adam gətirilibdir. 90 yaşlı, həyatda heç vaxt heç bir uğuru olmamış ağsaqqal Cəmil Unalı özlərinə idol seçmiş partiya, öz gücü ilə hansı mübarizəni uda bilər? Cəmil müəllim ağsaqqal bir insandır, onu yuxarı başda oturtmaq normaldır və belə də olmalıdır. Ancaq onu idol kimi təqdim edən insanların həyatda öz plan və proqramları ola bilməz! Əgər Müsavat partiyası sözün əsl mənasında ölkədə demokratiya uğrunda mübarizə aparmaq istəyirsə, qurultayının qərarlarını ləğv etməli, gənclərin, yəni 40 yaşa qədər olanların sayının ən azı 50 faiz təşkil etdiyi qurultay nümayəndələri seçməlidir. Qurultay nümayəndələrinin sayı 100 adamdan artıq olmamalıdır və bu qurum özünə yüksək intellektual, xarizmatik və talantlılardan ibarət İdarə Heyyəti yaratmalıdır. Ancaq belə olarsa bu partiyanın gələcəyi ola bilər. Əks halda daha bir 10 ildən sonra partiya bütövlüklə Ünal müəllim kimi ağsaqqallardan ibarət olacaq…”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar