TÜRKİYƏ İDLİBDƏ YENİ ƏMƏLİYYATA BAŞLAYIB - Suriyanın iki təyyarəsi vuruldu

Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb. “Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil: Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.

H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 103 tank, 72 haubitsa, 3 hava hücumundan müdafiə sistemi məhv edilib və 2 212 hərbçi zərərsizləşdirilib. 

Əməliyyat başladlqdan sonra, Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki “Su-24” qırıcı təyyarəsi vurulub. Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi təyyarələr Türkiyə ordusu tərəfindən məhv edilib.

Türkiyə Müdafiə Nazirliyi isə bildirib ki, təyyarələr İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub.

Xatırladaq ki, Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.

635x100

Şərhlər

eko 2020-03-02 05:13:01

UQURLAR

Son yazılar