Kanadanın neft şirkəti Azərbaycanda fəaliyyətini məhdudlaşdırır

Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın "Zenith Energy" şirkəti Müqavilə Reabilitasiya Sahəsini (MRS) SOCAR-a təhvil verəcək.

"Zenith Energy"dən "APA-Economics"ə verilən məlumata görə, bu qərar "Zenith"in Afrikada genişmiqyaslı neft hasilatı və inkişaf imkanlarının əldə edilməsinə yönəlmiş strateji fokusunu nəzərə alınaraq verilib: "Şirkət MRS-nin təhvil vermə prosesini qısa müddətdə müəyyənləşdirəcəyini planlaşdırır. MRS təhvil verilənədək "Zenith Energy" sahəni istismar edəcək və Azərbaycanda fasiləsiz neft istehsalı fəaliyyətini davam etdirəcək".

Şirkət MRS-i təhvil verdikdən sonra Azərbaycanda əməliyyat xərclərinin azaldılmasını gözləyir, məlumatda deyilir.

Nəticədə, "Zenith" şirkəti "Cəfərli" neft yatağında C-37 və C-30 quyularının üzərində əvvəlcədən planlaşdırdığı işləri davam etdirməyəcək.

Məlumata əsasən, MRS-i təhvil verəndən sonra "Zenit"in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.

Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar