BMT RUSİYA və SURİYANI GÜNAHLANDIRDI - Hərbi cinayətlər törətməkdə

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya üzrə Komissiyasının hesabatında təsdiqlənir ki, Rusiya aviasiyası İdlibin yaşayış mətəqələrinə «heç bir fərq qoymadan» zərbələr endirir.

Qeyd olunur ki, hücumlara həm də tibb müəssisələrinin binarları və dinc sakinlərin dislokasiya yerləri məruz qoyulur («Anadolu»).

BMT komissiyası belə fəaliyyəti «hərbi cinayət» adlandırıb. Həm də Rusiyanı və Suriya hakimiyyətini üsyançıların (Bəşər Əsəd əleyhdarları) nəzarəti altında olan rayonlarda insan haqlarını pozmaqda günahlandırıb.

Bu arada Türkiyənin müdafiə naziri Hülusi Akar bəyan edib ki, Suriyada «Bahar qalxanı» əməliyyatının gedişində 2557 Əsəd tərəfdarı məhv edilib.

O, həm də bölgədə «humanitar dram»ın yaşandığını xatırladıb və Rusiyanı Suriya hökumət qüvvələrinin hücumları dayandırmasına nail olmağa çağırıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar