KEÇMİŞ İŞÇİSİNDƏN "EMBAVUD"a YENİ İTTİHAMLAR - "Keyfiyyətsiz istehsal..." + FOTOLAR

"Səhvlərini aşkar eləməyim bunlara mənfi təsir edirdi..."

Bir müddət öncə saytımıza müraciət edən "Embavud" şirkətinin Tbilisi filialında müxtəlif vəzifələrdə çalışmış Qacar Hüseynov, haqsız yerə işdən uzaqlaşdırılması və şirkətin fəaliyyəti barədə müxtəlif iddialar səsləndirmişdi. Şirkət isə açıqlama yayaraq, keçmiş işçisinin iddialarını təkzib etmişdi. 

Q.Hüseynov yenidən "AzPolitika.info"ya müraciət edib. Bu dəfə daha ağır ittihamlar səsləndirərək, şitkətdə baş verən özbaşınalıqlar və yumuşaq mebelin keyfiyyətsiz istehsalından danışıb.

Q.Hüseynovun sözlərinə görə, "Embavud" şirkətinin açıqlaması özlərinin ağa çıxarmaq cəhdidir: ""Embavud" şirkəti tərəfindən sizə verilən məlumat düzgün məlumat deyil. Onlara Tbilisidəki filialın rəhbərliyi özlərini təmizə çıxarmaq üçün yanlış məlumat verirlər. Mən bu olayla bağlı daha ətraflı informasiya verməyə hazıram. Əlimdə faktlar var. Nəyə görə bunlar mənə bu qurmanı qurublar, mən yaxşı bilirəm və həmin gün çəkdiyim şəkillərim də var. Modelləri keyfiyyətsiz və standartdan kənar istehsal edirdilər. Mən isə bunlara texniki cizgiləri göstərərək bu formada işləməyi və istehsal etməyi məsləhət görürdüm. Yəni, bu, mənim işim idi və mən öz işimi görürdüm. Ona görə də  mənim dediklərim və yerində bu səhvlərini aşkar etməyim istehsalat rəhbərlərinə mənfi təsir edirdi. Həmin gün çəkdiyim şəkillər dediklərimi təsdiq edir. Həmin şəkilləri sizə göndərirəm. Yalnız bir modeldə yox, buna oxşar faktlar bir çox modellərdə də olurdu. Yumşaq mebelin istehsal rəisi Gülağa Əliyev də bütün bunlardan xəbərdar idi. Mən isə bu səhvləri üzərə çıxaranda xoşlarına gəlmirdi. Onlar qruplaşma yaradaraq bunlara sərf etməyən təcrübəli işçiləri hər cür yola əl ataraq şirkətdən uzaqlaşdırmağa çalışırdılar. Baş ofisə və şirkətin rəhbərinə isə yanlış məlumat verirdilər. Mən çalışırdım ki, bizim istehsal etdiyimiz məhsul keyfiyyətli və düzgün istehsal olunsun. Mənim Elman Nəsibov ilə heç bir şəxsi söz-söhbətim olmayıb. Rəhbərlik, yəni Sənan Omarov həmin qruplaşmanın sözlərinə qulaq asıb, ona verilən səhv məlumatlara inandı.

Q.Hüseynov onu da əlavə edib ki, heç kim onu çağırıb nəsə yazmasını tələb etməyib: "O da yalandı ki, rəhbərlik o biri gün məni çağırıb nə isə yazmağı tələb edib. Növbəti gün iş saatlarının son dədiqələrində kadrlar şöbəsinin müdiri Eka Qajıyeva məni və iki nəfər işçini (bunlardan biri mənim rəisim idi - Emil Musayev) otağa çağırıb, Sənan Omarovun qərarı ilə tanış etdi. Artıq işləri düzüb qoşmuşdular. Mənim vəzifəmə çoxdan gözünü dikən Xalid Əliyevi təyin etdilər (İstehsal rəisi Gülağa Əliyevin oğlu). Sizə Xalid Əliyevin bir neçə ay əvvəl işlə bağlı mənə yazdığı məktubun şəkilini də göndərirəm. O məktubu oxuyanda şoka düşəcəksiniz. Yəni, "Embavud" Georgiada ali savadlı və təcrübəli işçiləri, Xalid Əliyev kimi savadı və biliyi sıfıra bərabər olan kadrlarla əvəz edirlər. 

Beləliklə, "Embavud" Georgia şirkətini gülünc günə qoydular. Sizdən çox-çox xahiş edirəm, sizə göndərdiyim bütün şəkillər və məktub məqalənizdə öz əksini tapsın. Mən on ildə topladığım bütün oğurluq faktlarını,  haqsızlıqları, söylədikləri yalanları, düzəltdikləri saxta sənədləri, o cümlədən hal-hazırda "Embavud" şirkətində yuxarı vəzifələrdə çalışan bəzi şəxslərə aid olan saxta diplomların necə hazırlanması haqqında  yerli və Azərbaycan mətbuatına, həmçinin, "Embavud"un hansı ölkədə filialları varsa, o ölkələrin mətbuatına açıqlamağa hazıram. Mən artıq bu faktla bağlı yerli polis şöbəsinə şikayət etmişəm. Bu yaxınlarda məhkəməyə də şikayətimi təqdim edəcəm. Bundan əlavə Azərbaycan Səfirliyi başda olmaqla bütün səfirliklərə, bəzi faktlarla bağlı yalnız prokurorluğa, beynəlxalq və yerli qeyri dövlət təşkilatlarına açıqlamalarımı edəcəyəm. Qoy hamı bilsin ki,bu gün "Embavud" Georgida nələr baş verir. Savadlı, işinin professionalı olan kadrları şirkətdən uzaqlaşdırıb, yerlərinə savadsız, öz ana dilində belə yaza bilməyən adamları yerləşdirirlər.

Əlavə etmək istərdim ki, kadrlar şöbəsinin müdiri Eka xanım bu günə qədər mənim hansı vəzifədə olduğumu və nə işləri görməli olduğumu bilmirdi. Azərbaycan dilini belə bu adam şirkətdə öyrənir. Bu da bizim "ali savadlılarımız".

"Daha ətraflı məlumatları, Bakı şəhərində keçirəcəyim mətbuat konfransında açıqlayacam. Mənə qarşı edilən haqqsızlığa göz yuma bilmərəm. Əlimdən gələni edəcəyəm ki, haqq və ədalət qalib gəlsin. Bir də sizə bildirmək istəyirəm ki, mən həmin gün vəziyyətimin çox pis olduğu halda, nə təcili yardım çağırmağa, nə də polisə xəbər verməyə izin vermədim. Şirkətin adına və imicinə  ləkə gəlməsini istəmədim. İstəmirdim ki, Gürcüstanda Azərbaycan şirkətinin adına xələl gəlsin. İnanırdım ki, Sənan müəllimin qərarı haqlı və ədalətli bir qərar olacaq. Ancaq təəssüflər olsun ki, Sənan müəllim də bu qruplaşmanın qurbanı oldu" - deyə bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qacar Hüseynovun saytımıza göndərdiyi fotoları təqdim edirik:

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar