223 ölü, 719 yaralı- Azərbaycanda 9 ayın qəza statistikası

“2014-cü il yanvarın 1-dən sentyabrın 27-dək Bakı şəhəri üzrə 706 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 223 nəfər ölüb, 719 nəfər xəsarət alıb”. Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə həm yol qəzalarının, həm də qəzalar zamanı ölən və yarlananların sayı azalıb: “2013-cü ilin analoji dövründə isə 741 hadisə, 252 ölüm, 761 xəsarət faktı qeydə alınmışdı. Yəni 35 hadisə, 29 ölüm, 42 xəsarət faktı azalıb. Bu göstəricilər Dövlət Yol Polisinin gördüyü kompleks tədbirlər nəticəsində əldə edilib”.

Bölmə rəisi qeyd edib ki, ümumi hadisələrin 51 faizini piyadaların avtomobillərlə vurulması təşkil edib. Hadisələrin baş verməsinin əsas səbəbləri isə yenə də əsasən sürət həddinin aşılması, ötmə, manevretmə və yolayrıcını keçmə qaydalarının pozulması olub.

V.Əsədov həmçinin qeyd edib ki, 2014-cü il yanvarın 1-dən sentyabrın 27-dək yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı Bakı şəhərində 553 145 inzibati protokol tərtib edilib. İnzibati məsuliyyətə ən çox cəlb olunanlar isə yol hərəkəti qaydalarını pozan piyadalar olub (110 962 nəfər).

Sürücülərə isə inzibati protokollar daha çox yol qəzalarının yaranmasına səbəb olan ötmə, manevretmə və yolayrıcını keçmə qaydalarının pozulmasına (31 786), işıqforun qırmızı işığında hərəkət edilməsinə (8317), avtomobilin sərxoş halda idarə edilməsinə (7071), avtomobilin müvafiq sənədlər olmadan idarə edilməsinə (3100), polisin qanuni tələbinin yerinə yetirilməməsinə (2932), sərnişindaşıma qaydalarının pozulmasına (2119), sürət həddinin aşılmasına (1900), avtoxuliqanlığa (303), dəmiryol keçidi ilə birləşən ərazidə yol hərəkəti qaydasının pozulmasına (148) və digər qayda pozuntularına görə tərtib edilib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar