İŞİD Bağdada girdi: 1000 ölü

İŞİD terror qruplaşması Bağdada girərək İraq ordusunun 1000 əsgərini öldürüb.ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə BBC çıxış edib.

İngilis mətbuatında yazılanlara görə, İŞİD Bağdadı ələ keçirmək üçün günişmiqyaslı hücumlara başlayıb. Ötən gündən başlayan döyüşlərin hazırda davam etdiyi bildirilir. 1000 İraq əsgərinin və xeyli sayda əhali arasından könüllü döyüşənlərin öldüyü bildirilir.

BBC-nin yazdığına görə, İŞİD artıq Bağdad ətrafındakı bir çox kəndləri ələ keçirib.

-----

ABŞ liderliyindəki koalisiya gücləri Suriyada islamçı terrorçuların mövqelərini vurarkən, İraq Şam İslam Dövləti (İŞİD) İraqda səs gətirəcək böyük hücum başladıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı İŞİD-in İraqın paytaxtı Bağdadda 2 kilometr yaxınlaşdığı iddia edilir.

İŞİD-in dünənki hücumları zamanı min nəfər İraq əsgərinin və şiə məzhəbli insanın öldürüldüyü də iddia edilir. BBC-nin və İngiltərənin “Daily Mail” qəzetinin internet saytlarında yerləşdirilən xəbərlərə görə, terror təşkilatı İŞİD İraqın paytaxtı Bağdadı ələ keçirmək üçün böyük bir hücum başlayıb. Paytaxt Bağdadın qərbinə 2 kilometr məsafəyə çatan İŞİD-in bölgədəki bir çox kəndi də ələ keçirdiyi iddia edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar