Yanukoviçin şəkillərini satanlar tutuldu

Belarusun xüsusi xidmət orqanının əməkdaşları ölkənin bir neçə vətəndaşını saxlayıb.

ANS PRESS-in məlumatına görə, bu şəxslər bahalı rəsm əsərlərini satmağa cəhd edərkən tutulublar.

Onlar iddia edirlər ki, rəsm əsərləri keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin sarayından götürülüb.

Həmin rəsm əsərləri Van Gogh, Monet, Kandinsky, Munch, Yuon kimi məşhur rəssamlara məxsusdur. Tutulanlar bu 5 əsəri 2 milyon avro satmaq istəyirmiş. Hazırda ekspertlər şəkillərin həqiqiliyini yoxlayır. Tutulanların evlərindən 100-dən çox antikvar ikona və şəkil tapılıb.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu il ölkədə baş qaldırmış etiraz aksiyaları nəticəsində devrilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar