ƏRDOĞAN VƏ PUTİN RAZILIĞA GƏLDİ - İdlibdə atəşkəs elan olundu

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu saatlarda mətbuatın qarşısına çıxıblar.

"AzPolitika.info" məlumat verir ki, əvvəlcə Putin açıqlama verərək, İdlib məsələsində razılığa gəldiklərini açıqlayıb. O, tərəflərlər arasındakı fikir ayrılığın danışıqlarla aradan qaldırıldığını bildirib.

Vladimir Putin deyib ki, Rusiya və Türkiyə İdlibdəki gərginlik problemi ilə bağlı qəbul edilə biləcək həll yolları tapıb.

"Görüşdən sonra ortaq şəkidə sənəd hazırladıq. Rusiya və Türkiyə İdlibdə terrorizmlə mübarizənin zəiflədilməməsindən əmindir. Suriyadakı böhranın həlli ilə bağlı ümumi bəyannamə hazırlanması ilə bağlı razılığa gəldik.

Daimi olaraq Suriya rejimi və mülki əhali atəş altındadır. 1 martda da hücum oldu və bu, ilin əvvəlindən 15-ci hücum idi. Türk əsgərləri arasında da itkilər vardır və Prezident Ərdoğana və Türkiyəyə başsağlıqlarımızı çatdırdıq. Kritik məqamlarda hər zaman ümumi məqamları tapa, çözə bilirdik. Bu gün də elə oldu. Hazırda Astana çərçivəsində danışıqlarımız davam edir. Müzakirələrimizin nəticəsində ortaq bir sənəd hazırladıq. XİN rəhbərləri onu bəyan edəcəklər. Ərdoğanla 6 saatlıq müzakirənin nəticəsi olaraq bu sənədi hazırladıq. Bu, İdlibdə qarşıdurmaların başa çatmasına və mülki əhalinin əzablarına son verilməsinə, bütün tərəflər arasında dialoq qurulmasına kömək edəcək", - deyə Kreml rəhbəri bildirib

Sonra çıxış edən Ərdoğan İdlibdə baş verənlərə görə Əsəd rejimini ittiham edib. Türkiyənin baş verənlərə seyirçi qalmadığını bildirib.  Ərdoğan Rusiya ilə işbirliyində  problemi həll edəcəklərinə inandığını, bunun üçün hər iki tərəfdə siyasi iradənin olduğunu bildirib. 

Gecə saat 00.01-dən başlayaraq atşkəsin elan olunacağını bildirib. Ancaq Ərdoğan Əsəd rejiminin bütün hücumlarına Türkiyənin cavab vermə haqqını saxladığını bəyan edib:"Təxminən 6 saatlıq görüş oldu. Suriyada, o cümlədən İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək. Türkiyə təhdidlər qarşısında əli-qolu bağlı qalmaz. İdlibdəki razılaşmanın pozulmasına səbəb Əsəd rejiminin hücumlarıdır. Rejimin hər hücumlarına qarşılıq veriləcək. Müşahidə məntəqələrimiz bölgədəki vəziyyətə və atəşkəsə nəzarətə məsuliyyət daşıyır. Bu gecə 00:01-dən etibarən atəşkəs qüvvəyə minəcək. Ehtiyac içində olan suriyalılara qeyd-şərtsiz yardım edilməsi üçün çalışacağıq. Suriya böhranına həll yolu tapana kimi Türkiyə regiondakı varlığını davam etdirəcək.".

Sonra xarici içlər nazirləri razılaşdırılmış mətni oxuyub. 

Sənəddə bildirilib ki, 6 mart gecə yarısında etibarən atəşkəsin təmin edilməsi və müdafiə nazirlikləri arasında 7 gün ərzində dəhlizin yaradılması ilə bağlı razılığa gəlindi.

Hərbi deyil, siyasi yolla problemin həll ediləcəyi düşünülür. Humanitar durumun pisləşməsinin qarşısının alınması və qaçqınların Suriyaya qayıtması nəzərdə tutulurr. Humanitar vəziyyətin pisləşməsinin qarşısının alınması, dinc əhalinin və ehtiyac içində olan suriyalıların qorunması, geri qayıtmalarının asanlaşdırlması ilə bağlı razılığa gəlinir.

Türk və rus patrulu 15 martda M4 şosesinin Trumbadan (Sərakibin cənubu) Eyn əl-Havra qədər olan kəsimi boyunca başlayacaqdır. M4 yolunun şimalında 6 km və cənubunda 6 km dərinliyində bir güvənli koridor təsis ediləcək. 7 gün ərzində əsas müddəalar hazırlanacaq.

***

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş 3 saat davam edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin danışıqlara qoşulduğunu qeyd edib.

***

"İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb".

"Report" "Hürriyete" istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

“Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə başsağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türkyə hərbçisinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub. 

\Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, - deyə Vladimir Putin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: "Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk. İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyəti böyükdür.

Bölgədə sıxıtntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəminin yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş təkbətək formatda keçirilir.

Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya arasında üç mərhələdə keçirilən danışıqlar uğursuz olub.

Xatırladaq ki, martın 5-də dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər.

635x100

Şərhlər

t.ədalət 2020-03-06 01:03:09

Sayın Ərdoğan,bizim yiyəsiz qalmış,ermənilərin Rusiyanın hərbi dəstəyi ilə açıq surətdə sahibləndiyi yurd yerlərimizə də sahib çıxın!Otuz ildir ki,Rusiya bizə "dostluq" ordenləri verə-verə Dağlıq Qarabağın düşməndən təmizlənməsinə imkan vermir.Hələ,bizi ermənbilərlə dostluq etməyə də məcbur etmək istəyirlər.Siz İdlibdəki kimi bizim işğal edilmiş ərazilərimizə sahib çıxın!Yoxsa,zaman-zaman keçirilən Məmmədyarov-Mnatskyan görüşmələrindən bezikmişik..

Son yazılar