Milli Şura “El”i müdafiə edən bəyanat yaydı

“Hakimiyyət demokratik düşərgəyə qarşı yeni bir təxribatın əsasını qoymaq, prosesləri qanuni və dinc məcradan çıxarmaq istəyir”

 

Demokratik Qüvvələrin Milli Şurası “El” Hərəkatına qarşı başlanan təzyiqlərlə bağlı bəyanat yayıb. Şuranın 3 sentyabr 2013-cü il tarixli sessiyasında qəbul olunan bəyanatda deyilir:

“Azərbaycan hakimiyyətinin müxalif düşüncə və fəaliyyətə dözümsüz münasibəti, rəqiblərinə qarşı repressiyaları davam edir. Həqiqi müxalif mövqedə dayanan qüvvələrin birləşdiyi Milli Şuraya daxil olan “EL” Hərəkatına qarşı son addımlar da bu qəbildəndir.

“EL” Hərəkati və Milli Şura rəhbərliyinə qarşı ixtişaşa hazırlaşmaq ittihamı ilə çıxış edən Əflan İbrahimovun yalan bəyanatları və bu çıxışlar əsasında Baş Prokurorluğun addımları demokratik düşərgəyə növbəti təzyiq kimi qiymətləndirilməlidir.

Milli Şura hesab edir ki, hakimiyyət bu cür cəhdlərlə demokratik düşərgəyə qarşı yeni bir təxribatın əsasını qoymaq, prosesləri qanuni və dinc məcradan çıxarmaq istəyir.

Hüquq-mühafizə orqanları bir böhtançının uydurmaları əsasında ölkənin tanınmış ictimai-siyasi xadimlərini lüzumsuz dindirmələrlə təzyiq altında saxlamağa çalışmaqdansa, həmin böhtançının özünü bilə-bilə yalan ifadə verdiyi üçün Cinayət Məcəlləsinin müvafiq maddəsilə məsuliyyətə cəlb etməlidir. Prokurorluğun hazırkı mövqeyi isə müxalifətə qarşı təzyiq üçün siyasi sifariş aldığını göstərməklə yanaşı, qarşıdan gələn seçkilərin azad və ədalətli keçməyəcəyi, ölkədə normal seçki mühitinin olmadığı qənaətlərini möhkəmləndirir.

Milli Şura hakimiyyəti öz məsuliyyətini anlamağa və əl atdığı çirkin metoddan imtinaya çağırır.

Milli Şura bəyan edir ki, bütün hallarda ölkədə dinc, demokratik mbarizənin və qanuni dəyişikliklərin təmin edilməsi üçün əlindən gələni edəcək. Təşkilat öz üzvlərinin, eləcə də hakimiyyətin təzyiqinə məruz qalan bütün vətəndaşların müdafiəsindən bir addım da geri çəkilməyəcək və hakimiyyəti qanunun tələblərinə uymağa məcbur etmək üçün bütün hüquqi vasitələrdən yararlanacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar