Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib

Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, dövlət başçıları arasında keçirilən görüşdə iki dövlət arasında olan münasibətlər, IV Xəzər sammitinin yekunları müzakirə olunub.

V. Putin dünya iqtisadiyyatının problemlərinə baxmayaraq Rusiya və Azərbaycan münasibətlərinin ən həssas sahələrdə belə aktiv inkişaf etdiyini söyləyib: "İki dövlət arasında münasibətlər hər zaman dostluq, etimad əlaqələri kimi inkişaf edib. Dünya və Rusiya iqtisadiyyatının bəzi problemlərinə baxmayaraq həmin əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sferalarda inkişaf edib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar