“Rusiya ilə əməkdaşlığı gücləndirəcəyik…”- Tener Yıldız

Türkiyə bir sıra siyasi məsələlərdə fikir ayrılıqlarına rəğmən, Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir.

Musavat.com-un Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu İstanbulda Ümumdünya İqtisadi Forumu çərçivəsində ölkənin energetika və təbii resurslar naziri Tener Yıldız söyləyib.

Türkiyəli nazirin sözlərinə görə, söhbət ilk növbədə atom-elektrik stansiyasının tikintisi də daxil, Rusiyanın Türkiyəyə yatırmaqda olduğu 22 milyard dollarlıq sərmayədən gedir.

AES-in tikintisi 1916-cı ildə başlanmalı, 2023-cü ildə isə stansiya tam gücü ilə istismara verilməlidir. Nazir sabah Moskvaya yollanacağını, səfər çərçivəsində Rusiya sərmayəsinin Türkiyə iqtisadiyyatına yatırılması məsələsinin müzakirə ediləcəyini də söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar